Bank Of Baku

Azərbaycan paytaxtının Binəqədi rayonunda baş verən partlayış nəticəsində 3 otaqlı ev tam dağılıb - FOTOSESSİYA

Azərbaycan paytaxtının Binəqədi rayonunda baş verən partlayış nəticəsində 3 otaqlı ev tam dağılıb - <font color=red>FOTOSESSİYA</font>
# 08 yanvar 2009 10:00 (UTC +04:00)
APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, bir mərtəbəli, üç otaqlı ev tamamilə dağılıb. Şahidlər partlayışdan sonra hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, hüquq-mühafizə orqanlarının əməkdaşlarının gəldiyini bildiriblər.

Şahidlərin sözlərinə görə, hadisəyə evdəki qaz sobasında təbii qaz sızması səbəb olub. Məlumata görə, ailə axşam yatarkən sobanın qazını söndürməyib. Gecəyarısı isə təbii qazın verilməsi bir müddət dayandırılıb, sonradan verilib. Evin sakinləri səhər tezdən elektrik lampasını yandıran zaman partlayış baş verib. Partlayış nəticəsində dağıntılar altında qalan beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların hamısı dağıntılar altından çıxarılıb.

Qeyd edək ki, Binəqədi rayon Polis Şöbəsinin 4-cü Polis Bölməsindən APA-ya bildirib ki, partlayış nəticəsində ev sahibi, 1952-ci il təvəllüdlü Mikayıl Hüseynov, onun həyat yoldaşı, 1953-cü il təvəllüdlü Zərifə Hüseynova, ev sahibinin qızı, 1979-cu il təvəllüdlü Elnarə Hüseynova, M. Hüseynovun kürəkəni, 1978-ci il təvəllüdlü Ziya Həsənzadə və Z. Həsənzadənin həyat yoldaşı Ləman Həsənzadə yaralanıb. Yaralılardan Z. Həsənzadə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Mərkəzdən APA-ya bildirilib ki, onun vəziyyəti ağırdır.

M. Hüseynov və həyat yoldaşı 5 saylı Şəhər Klinik Xəstəxanasının yanıq şöbəsinə yerləşdirilib. Xəstəxanadan APA-ya onların vəziyyətinin orta-ağır olduğu bildirilib. Digər iki nəfərin aldığı xəsarətlər yüngül olduğundan onlar həkim müdaxiləsindən sonra evə buraxılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR