Bank Of Baku

Mingəçevir SES-in əməkdaşı yol qəzasında ölüb

Mingəçevir SES-in əməkdaşı yol qəzasında ölüb
# 08 yanvar 2009 10:05 (UTC +04:00)
Mingəçevir. Şahnəzər Bəşirov-APA. Mingəçevir sakini yol qəzasında ölüb. Mingəçevir şəhər Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə, Azərbaycan Su Elektrik Stansiyasının ( SES) yaxınlığında, Naxçıvan küçəsində baş verib. SES-in əməkdaşı 1958-ci il təvəllüdlü Nəzərov Azər Manaf oğlu idarə etdiyi 50 BB 287 dövlət nömrə nişanlı, “VAZ 21 07” markalı avtomobilə öz iş yoldaşı, 1940-cı il təvəllüdlü Mingəçevir sakini Quliyeva Elza Habil qızını vurub. SES-in kimya sexinin rəisi olan E. Quliyeva xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsində araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR