Bank Of Baku

“Ekstazi işi” üzrə məhkəmə prosesində prokuror oğlunun müayinəsi üçün ekspertiza təyin edilib

“Ekstazi işi” üzrə məhkəmə prosesində prokuror oğlunun müayinəsi üçün ekspertiza təyin edilib
# 08 yanvar 2009 10:05 (UTC +04:00)
Bakı. Hafiz Heydərov -APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov, Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamov və Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun övladları Mahir Mirsalamov, Yalçın Həsənov, sabiq polis kapitanı Vüqar Əliyev və daha 10 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verməsi nəzərdə tutulan Çoban Çobanov məhkəməyə gəlməyib. Məhkəmə adıçəkilən şəxsin artıq neçənci dəfə yalan danışdığını nəzərə alaraq, onun məcburi şəkildə prosesə gətirilməsi barədə qərar qəbul edib. Daha sonra prosesdə Mahir Mirsalamovun vəkili vəsatət qaldıraraq müdafiə etdiyi şəxsin səhhətində ciddi problemlər olduğunu bildirib. O, Mahir Mirsalamovun istintaq zamanı müayinədən keçdiyini, lakin ekspert rəyinin düzgün verilmədiyini əsas gətirərək ekspertlərin yenidən məhkəməyə çağırılmasını xahiş edib. Hakim vəsatəti qəbul edərək növbəti prosesə ekspert dəvət olunması barədə qərar verib. Bundan başqa təqsirləndirilən şəxs, İlhamə Quliyevanın oğlu Orxan Nadirovun vəkili Seyfəddin Əliyev vəsatət qaldırıb. Vəsatətdə O. Nadirovun istər istintaq zamanı, istərsə də məhkəmənin gedişində günahının sübuta yetirilmədiyiŞ buna görə onun azadlığa buraxılması xahiş olunur. Vəsatətə baxmaq məqsədi ilə müşavirəyə yollanan məhkəmə bu dəfə də Orxan Nadirovun vəkilinin qaldırdığı vəsatəti qəbul etməyib. Hakim məsələyə prosesin sonunda qiymət veriləcəyini bildirib. Növbəti proses yanvarın 14-ə təyin edilib.

Xatırladaq ki, adıçəkilən şəxslər narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsində ittiham olunurlar. İttiham aktına əsasən onlar Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunurlar. Onlar bu ilin mayında Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində həbs ediliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR