Bank Of Baku

Azərbaycan hökuməti ilə Avropa Məhkəməsi arasında 44 işlə bağlı kommunikasiya aparılır

Azərbaycan hökuməti ilə Avropa Məhkəməsi arasında 44 işlə bağlı kommunikasiya aparılır
# 08 yanvar 2009 10:10 (UTC +04:00)
Bakı-APA. Hazırda Azərbaycan hökuməti ilə Avropa İnsan Hüquqları Məhkəməsi arasında kommunikasiyada olan 44 iş var. Bu barədə APA-ya Hüquq Maarifçiliyi Cəmiyyətinin
İnformasiya Xidmətindən bildirilib. Məlumata görə, kommunikasiya olunan işlər insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın müxtəlif maddələrinin pozuntusu ilə bağlıdır. Şikayətlərin əsas hissəsi Konvensiyanın 3-cü (işgəncələrin qadağan olunması), 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 10-cu (fikir ifadə etmək azadlığı), 11-ci (yığıncaqlar və birləşmək azadlığı), 13-cü (səmərəli hüquqi müdafiə vasitələri hüququ), 14-cü (ayrı-seçkiliyin qadağan olunması), maddələri və Konvensiyanın 1 saylı Protokolunun 1-ci (mülkiyyətin müdafiəsi) maddəsinin pozuntusu ilə bağlıdır. Məlumata görə, kommunikasiyada olan işlər arasında 2005-ci ilin parlament seçkiləri ilə bağlı Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsinin (azad seçki hüququ) pozuntusundan verilən 16 şikayət var.
Kommunikasiyada olan işlər sırasında Ermənistanın 2 vətəndaşı (S. Arakelyan və M. Sargsyan) tərəfindən verilən şikayətlərin də olduğu bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR