Bank Of Baku

Müstəntiq: “Binəqədi rayonundakı yaşayış evində partlayış böyük ehtimalla ehtiyatsızlıqdan baş verib”

Müstəntiq: “Binəqədi rayonundakı yaşayış evində partlayış böyük ehtimalla ehtiyatsızlıqdan baş verib”
# 08 yanvar 2009 10:43 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Binəqədi qəsəbəsi, 1-ci Mədən küçəsi, 10-cu korpus, ev 16-da baş verən partlayışla bağlı cinayət işi başlanmayıb. Hadisəni araşdıran Binəqədi Rayon Prokurorluğunun müstəntiqi Nizami Qurbanovun APA-ya verdiyi məlumata görə, faktla bağlı təhqiqat aparılır. Partlayışın təbii qaz sızmasından baş verdiyini diqqətə çatdıran N. Qurbanov faktla bağlı cinayət işinin başlanmadığını söyləyib. O bunu böyük ehtimalla hadisənin ehtiyatsızlıq nəticəsində baş verməsi ilə əlaqələndirib. Hələlik hadisə ilə bağlı araşdırmaların davam etdirildiyini vurğulyan müstəntiq qəti qərarın təhqiqat başa çatdıqdan sonra veriləcəyini söyləyib.

Qeyd edək ki, bu gün səhər saat 07.00 radələrində, Binəqədi qəsəbəsi, 1-ci Mədən küçəsi, 10-cu korpus, ev 16-da təbii qaz sızması nəticəsində güclü partlayış olub. Partlayış nəticəsində ev sahibi, 1952-ci il təvəllüdlü Mikayıl Hüseynov, onun həyat yoldaşı, 1953-cü il təvəllüdlü Zərifə Hüseynova, ev sahibinin qızı, 1979-cu il təvəllüdlü Elnarə Hüseynova, M. Hüseynovun kürəkəni, 1978-ci il təvəllüdlü Ziya Həsənzadə və Z. Həsənzadənin həyat yoldaşı Ləman Həsənzadə yaralanıb. Yaralılardan Z. Həsənzadə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.

M. Hüseynov və onun həyat yoldaşı isə 5 saylı Şəhər Klinik Xəstəxanasının yanıq şöbəsinə yerləşdirilib. Xəstəxanadan APA-ya onların vəziyyətinin orta-ağır olduğu bildirilib. Digər iki nəfərin aldığı xəsarətlər yüngül olduğundan onlar həkim müdaxiləsindən sonra evə buraxılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR