Bank Of Baku

Azərbaycan Ordusunun sabiq zabitinin məhkəməsində hərbi qulluqçular ifadə verib

Azərbaycan Ordusunun sabiq zabitinin məhkəməsində hərbi qulluqçular ifadə verib
# 08 yanvar 2009 10:57 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Azərbaycan Ordusunun keçmiş zabiti Kamran Əsədovun və digər 19 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, hakim İslam Neymanovun sədrliyi ilə keçirilən qapalı prosesdə Kamram Əsədovun vaxtilə qulluq etdiyi Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçuları ifadə veriblər.
Məhkəmə prosesi yanvarın 13-nə təxirə salınıb. Növbəti prosesdə hərbi hissənin zabit və gizirləri dindiriləcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər - Kamran Əsədov, Bəxtiyar Orucov, Fərid Cabbarov, Elşən Məmmədov, Kamran Babayev, Samir Mehbalıyev, Tərlan Kərimov, Edqar Əliyev, Ramil Kərimov, Şirvani Babayev, Samir Əliyev, Yalçın Məhərrəmov, Orxan Əlizadə, Hacıbala Hüseynov, Azər İbadov, Şəhriyar Mehrəliyev, Ramin Cəlilov, Rövşən Əbdüləliyev, İlkin İsmayılov və Vüqar Əliyev dini radikal qrupda birləşərək, hərbi mübarizəyə başlamağa cəhd etməkdə, Bakıdakı “LUKoyl” yanacaqdoldurma məntəqəsinə silahlı basqın etməkdə, ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə qarşı terror aktı hazırlamaqda ittiham olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR