Bank Of Baku

İsrailin hərbi hücumlarına etiraz olaraq keçirilən aksiyalarda həbs olunanların hüquqlarını Müdafiə Komitəsi yaradılıb

İsrailin hərbi hücumlarına etiraz olaraq keçirilən aksiyalarda həbs olunanların hüquqlarını Müdafiə Komitəsi yaradılıb
# 08 yanvar 2009 11:18 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. İsrailin Fələstinə hərbi hücumlarına etiraz olaraq Azərbaycanda keçirilən aksiyalarda həbs olunanların hüquqlarını Müdafiə Komitəsi yaradılıb. APA-nın məlumatına görə, bu məqsədlə komitə üzvləri bu gün mətbuat konfransı keçiriblər. Komitənin üzvü Qurban Cəbrayıl bildirib ki, yanvar ayının ilk bir neçə günündə keçirilən aksiyalar zamanı ümumilikdə 80 nəfərə yaxın insan həbs edilib. Onların bir hissəsi ayrı-ayrı polis bölmələrində izahat verdikdən sonra sərbəst buraxılıblar. Q. Cəbrayıl polis bölmələrində saxlanılan 20-yə yaxın şəxs barəsində 12 sutkalıq həbs qərarının qəbul olunduğunu qeyd edib. O, Müdafiə Komitəsində ayrı-ayrı partiyaların, dini təşkilatların, ictimai birliklərin və ölkə dindarlarının təmsil olunduğunu qeyd edib.
Komitənin üzvü, Nardaran ağsaqqalı Hacı Fəyyaz Hacızadə İsrailin insanlıq əleyhinə həyata keçirdiyi əməliyyatlara etiraz olaraq müsəlman ölkəsi olan Azərbaycanda keçirilən aksiyalarda insanların polis tərəfindən saxlanılmasının doğru olmadığını qeyd edib.
Yaşıllar Partiyasının sədri Mais Güləliyev Müdafiə Komitəsinin təcili olaraq tədbirlər planı hazırlamasını və təxirəsalınmaz addımlar atmasını vacib sayıb. O, polis orqanlarının rəhbərləri ilə komitənin görüşlər keçirməsini təklif edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR