Bank Of Baku

Partlayış nəticəsində 20 saylı seçki məntəqəsinin binası yararsız vəziyyətə düşüb

Partlayış nəticəsində 20 saylı seçki məntəqəsinin binası yararsız vəziyyətə düşüb
# 08 yanvar 2009 12:44 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Mərkəzi Seçki Komissiyasının (MSK) Nizami rayon ərazisində yerləşən 24 saylı Dairə Seçki Komissiyasının 20 saylı seçki məntəqəsində baş verən partlayış nəticəsində binanın tavanı və döşəməsi çöküb, divarlarda iri çatlar əmələ gəlib, içəridəki əşyalar isə yanaraq yararsız vəziyyətə düşüb. APA-nın ərazidə olan əməkdaşının məlumatına görə, hazırda mütəxəssislər hadisə yerində araşdırma aparırlar. Hadisənin başvermə səbəbləri barədə hələlik konkret məlumat verilmir.

Nizami rayon Polis İdarəsi 23-cü Polis Bölməsinin sahə müvəkkili Asif Məmmədov APA-ya bildirib ki, hadisə bu gün 11.30-da baş verib. Seçki məntəqəsinə yeni sədr təyin olunmuş Aydın Məmmədxan oğlu Vəliyev təhvil-təslim üçün məntəqəyə gəlib. Sahə müvəkkilinin sözlərinə görə, A. Vəliyev elektrik plitəsini elektrik şəbəkəsindən ayırmaq istəyəndə alışma, bunun ardınca isə partlayış baş verib. Lakin partlayışın nədən baş verdiyi məlum deyil.

A. Vəliyev hadisə baş verərkən məntəqədə tək olduğundan başqa zərərçəkən yoxdur. Əlindən və üzündən yanıq xəsarətləri alan A. Vəliyev 5 saylı Şəhər Klinik Xəstəxanasını yanıq şöbəsinə yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR