Bank Of Baku

Vəkil: “Əli İnsanovu üçü onun özü, üçü isə hökumət tərəfindən təqdim olunmuş altı nəfərlik həkim komissiyası müayinə edir”

Vəkil: “Əli İnsanovu üçü onun özü, üçü isə hökumət tərəfindən təqdim olunmuş altı nəfərlik həkim komissiyası müayinə edir”
# 08 yanvar 2009 13:26 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Keçmiş səhiyyə naziri Əli İnsanovun Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində müayinəsi kompleks şəkildə aparılır. Ə. İnsanovun vəkili Ağaveyis Şahverdinin APA-ya verdiyi məlumata görə, müayinə prosesi İnsan Haqları üzrə Avropa Məhkəməsinin tövsiyəsinə uyğun olaraq, həkim komissiyası tərəfindən aparılır. Altı nəfərdən ibarət komissiyanın tərkibi paritet şəkildə təşkil olunub. Həkimlərin 3-ü Ə. İnsanov, 3-ü isə hökumət tərəfdən təqdim edilib. Vəkilin sözlərinə görə, Ə. İnsanovun səhhətində yaranmış problemlər barədə müayinə başa çatdıqdan sonra konkret fikir bildirmək mümkün olacaq. A. Şahverdi deyib ki, müdafiə etdiyi şəxsin müayinəsinin nə zaman yekunlaşacağı hələlik məlum deyil.

Qeyd edək ki, İnsan Haqları üzrə Avropa Məhkəməsi sabiq səhiyyə naziri Ə. İnsanovun şikayəti əsasında onun müalicəsinin təmin olunması, Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülməsi barədə qərar qəbul edib.

Məhkəmənin qərarı Azərbaycan hökuməti tərəfindən 2008-ci il dekabrın 12-də icra olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR