Bank Of Baku

Erməni hərbi qulluqçuları ilə əməkdaşlıq etməkdə təqsirləndirilən əsgərlərin məhkəməsində şahid ifadələri dinlənilib

Erməni hərbi qulluqçuları ilə əməkdaşlıq etməkdə təqsirləndirilən əsgərlərin məhkəməsində şahid ifadələri dinlənilib
# 08 yanvar 2009 13:48 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə dövlətə xəyanətdə ittiham olunan Azərbaycan Ordusunun iki hərbçisinin cinayət işi ilə bağlı məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, hakim Rafiq Cəfərovun sədrliyi ilə qapalı keçirilən prosesdə şahid ifadələri və ittiham aktına uyğun olaraq, müxtəlif epizodlar üzrə təqsirləndirilənlər dinlənilib.
Məhkəmə prosesi davam etdiriləcək.
Xatırladaq ki, ittiham akına əsasən təqsirləndirilən əsgərlər xidmət etdikləri hərbi hissədən döyüş növbəsi çəkdikləri müddətdə erməni hərbi qulluqçuları ilə əməkdaşlıq ediblər və hərbi sirləri düşmən ölkənin kəşfiyyatçılarına ötürüblər.
Qeyd edək ki, təqsirləndirilən əsgər Şahnur Şarəddin oğlu Mehtiyev və Tural Şirvan oğlu Xanəliyev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 338.1-ci (Azərbaycan Respublikasına qəfil hücumun vaxtında aşkara çıxarılması və dəf olunması üzrə, yaxud onun təhlükəsizliyinin təmin edilməsi üzrə döyüş növbəsi (döyüş xidməti) çəkmə qaydalarını pozma), 349.2.1-ci (hərbi qulluqçu tərəfindən təkrar hərbi əmlakı qəsdən məhv etmə və ya zədələmə), 349.2.4-cü ( hərbi əmlakı müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə) maddələri ilə ittiham olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR