Bank Of Baku

Konstitusiya Məhkəməsi “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunun şərh olunmasına dair işə baxıb

Konstitusiya Məhkəməsi “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunun şərh olunmasına dair işə baxıb
# 08 yanvar 2009 14:30 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclası keçirilib. Konstitusiya Məhkəməsindən APA-ya verilən məlumata görə, iclasda “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanununun 1-ci maddəsinin şərh olunmasına dair işə baxılıb. Məhkəmə iş materiallarını araşdıraraq qərar qəbul edib. Qərarda qeyd olunub ki, Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli qərarı ilə təsdiq edilən “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı bəndinin “o cümlədən atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər” müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 1993-cü il 3 sentyabr tarixli qanunun 1-ci maddəsi tətbiq edilməlidir. Qərarda Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli qərarı ilə təsdiq edilən “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-ci bəndinin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 1993-cü il 3 sentyabr tarixli qanununun tələblərinə müvafiq təkmilləşdirilməsi Nazirlər Kabinetinə tövsiyə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR