Bank Of Baku

20 saylı seçki məntəqəsində baş vermiş partlayışın səbəbləri ilə bağlı ilkin versiya açıqlanıb

20 saylı seçki məntəqəsində baş vermiş partlayışın səbəbləri ilə bağlı ilkin versiya açıqlanıb
# 08 yanvar 2009 15:50 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Mərkəzi Seçki Komissiyasının (MSK) Nizami rayonu ərazisində yerləşən 24 saylı Dairə Seçki Komissiyasının 20 saylı seçki məntəqəsində baş vermiş partlayışın təfərrüatları məlum olub. Hadisə yerində təhqiqat aparan mütəxəssislərin APA-ya verdiyi məlumata görə, məntəqənin yerləşdiyi inzibati binaya qaz xətti çəkilməyib. Bununla belə, araşdırmalar nəticəsində məntəqə binasından 10 metr kənarda torpağın altı ilə qaz borusunun keçdiyi müəyyənləşib. Təhqiqatçılar partlayış baş verən binanın altından, təxminən 1,5 metr dərinlikdə kanalizasiya xəttinin keçdiyini də müəyyən ediblər. İlkin məlumata görə, baş vermiş partlayışa məhz həmin qaz xəttindən təbii qazın kanalizasiya vasitəsilə məntəqə binasının içərisinə sızması səbəb olub. Baş vermiş hadisə ilə bağlı hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidə araşdırmalarını davam etdirirlər.

Qeyd edək ki, bu gün səhər saat 11:30 radələrində MSK-nın 24 saylı Dairə Seçki Komissiyasının Nizami rayonu, N. Abdullayev küçəsində yerləşən 20 saylı seçki məntəqəsində partlayış baş verib. Hadisə nəticəsində seçki məntəqəsinin sədri Vəliyev Aydın Məmmədxan oğlu əlindən və üzündən yüngül yanıq xəsarətləri alıb. O, 5 saylı Şəhər Klinik Xəstəxanasını yanıq şöbəsinə yerləşdirilib. Seçki məntəqəsinin binasına ciddi ziyan dəyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR