Bank Of Baku

Azərbaycan paytaxtında Cəzaçəkmə Müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb

Azərbaycan paytaxtında Cəzaçəkmə Müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb
# 08 yanvar 2009 16:24 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Bu gün Ədliyyə Nazirliyi (ƏN) Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində növbəti dəfə cəzaçəkmə müəssisəsinə narkotik maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, 1 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan, Cinayət Məcəlləsinin 221.3; 29; 120.2.2 maddələri ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum, 1981-ci il təvəllüdlü Faiq Vaqif oğlu Rəsulovla qısamüddətli görüşə gələn qardaşı, Biləsuvar rayonu Ağəli kənd sakini, 1978-ci il təvəllüdlü Şaiq Vaqif oğlu Rəsulov ona narkotik maddə ötürməyə cəhd göstərib. Nəzarət buraxılış məntəqəsində Cəzaçəkmə Müəssisəsinin əməkdaşları tərəfindən Ş. Rəsulovun gətirdiyi sovqata baxış keçirilərkən, konservləşdirilmiş mal ətinin içərisində rezin şara və şəffaf sellofana bükülərək gizlədilmiş iki ədəd bükülüdə ümumi çəkisi 18,837 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

Saxlanmış şəxs və aşkar olunmuş narkotik maddə Bakı Şəhər Nizami Rayon Polis İdarəsinə təhvil verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR