Bank Of Baku

Oğurluq edərkən yaxalanan Ağdaş sakini polis əməkdaşına xəsarət yetirib

Oğurluq edərkən yaxalanan Ağdaş sakini polis əməkdaşına xəsarət yetirib
# 08 yanvar 2009 16:26 (UTC +04:00)
Bakı-APA. Ağdaş sakini İlqar Musayev avtomobildən oğurluq etmək istəyərkən həbs olunub. APA-nın DİN mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, hadisə Azərbaycan prospektində baş verib. Əvvəllər məhkum olunmuş Ağdaş rayon sakini İlqar Musayev Nərimanov rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı Elşən Ağaməmmədova məxsus "VAZ-2107" markalı avtomaşından oğurluğa cəhd göstərərkən saxlanıb. O saxlanan zaman qayçı ilə polis əməkdaşına xəsarət yetirib. İlqar Musayevin üzərindən narkotik vasitəyə oxşar maddə götürülüb və saxlanan şəxs Yasamal RPİ-nin 26-cı polis bölməsinə təhvil verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR