Bank Of Baku

Bakı sakinindən narkotik vasitə götürülüb

Bakı sakinindən narkotik vasitə götürülüb
# 09 yanvar 2009 07:31 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Bakı sakinindən xeyli miqdarda narkotik vasitə götürülüb. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsi həbs ediblər. Keçirilən əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş, 1965-ci il təvəllüdlü Məmmədov Ələkbər Əkbər oğlu şübhəli şəxs qismində saxlanılıb. Ə. Məmmədovun üzərinə baxış keçirilərkən ondan 1 kiloqram 590,2 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR