Bank Of Baku

Bakı sakini döyülərək qarət edilib

Bakı sakini döyülərək qarət edilib
# 09 yanvar 2009 07:41 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Bakıda 45 yaşlı qadın döyülərək qarət edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün A. Manafov küçəsində baş verib. Bakıxanov qəsəbə sakini, əvvəllər məhkum olunmuş, 1987-ci il təvəllüdlü İbrahimov Amil Şamil oğlu tamah məqsədi ilə 1963-cü il təvəllüdlü Cəbrayılova Aybəniz Cəbrayıl qızının sifətinə yumruqla vurub içərisində 10 manat, bankomat kartı və evinin açarları olan əl çantasını alaraq hadisə yerindən qaçıb. Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində A.İbrahimov tutularaq məsuliyyətə cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR