Bank Of Baku

Azərbaycan paytaxtındakı “Əbu Bəkr” məscidinin açılmaması ilə bağlı qərardan apellyasiya şikayəti verilib

Azərbaycan paytaxtındakı “Əbu Bəkr” məscidinin açılmaması ilə bağlı qərardan apellyasiya şikayəti verilib
# 09 yanvar 2009 08:08 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. “Nərimanov rayon dindarları” Dini İcması Nərimanov Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verib. Bu barədə APA-ya iddiaçı tərəfin vəkili Cavanşir Süleymanov məlumat verib. C. Süleymanovun sözlərinə görə, “Əbu Bəkr” məscidinin açılmaması barədə Nərimanov rayon Məhkəməsinin çıxardığı qərardan şikayət bu gün Bakı Apelyasiya Məhkəməsinə təqdim olunub. Dini icmanın apelyasiya şikayətinə baxılacaq tarix hələlik məlum deyil.

Qeyd edək ki, “Nərimanov rayon dindarları” Dini İcması “Əbu Bəkr” məscidinin açılması tələbi ilə Nərimanov rayon Polis İdarəsini məhkəməyə verib. Məhkəmə birinci dəfə iddianı təmin edərək məscidin açılması barədə qərar çıxarıb. Lakin sonradan cavabdeh tərəfin şikayəti əsasında məhkəmə işə yenidən baxıb. 2008-ci il dekabrın 23-də hakim Turqay Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə iddianı rədd edib. Buna səbəb kimi məsciddə baş vermiş terror hadisəsi ilə əlaqədar aparılan istintaqın yekunlaşmaması göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR