Bank Of Baku

Sumqayıtda oğul atasından oğurluq edib

Sumqayıtda oğul atasından oğurluq edib
# 09 yanvar 2009 08:32 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Azərbaycanın Sumqayıt şəhərində atasının pulunu və telefonunu oğurlayan şəxs həbs edilib. Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, Sumqayıt şəhər sakini, 1960-cı il təvəllüdlü Mövsüm Turus oğlu Təhməzov idarəyə ərizə ilə müraciət edərək şəhər ərazisində fəaliyyət göstərən qonaq evlərindən birində cibindən pulunun və telefonunun oğurlandığı barədə məlumat verib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədənin şəxsiyyəti müəyyən edilib. Məlum olub ki, bu şikayətçinin öz oğlu, 1987-ci il təvəllüdlü Azər Mövsüm oğlu Təhməzovdur. Faktla əlaqədar A. Təhməzovun artıq saxlanıldığı və onun barəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işinin başlanıldığı bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR