Bank Of Baku

Bakıda istehlak müddəti başa çatmış ərzaq məhsullarının satışının qarşısı alınıb

Bakıda istehlak müddəti başa çatmış ərzaq məhsullarının satışının qarşısı alınıb
# 09 yanvar 2009 10:25 (UTC +04:00)
Bakı-APA. Bakıda istehlak müddəti başa çatmış ərzaq məhsullarının satışının qarşısı alınıb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdkləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Camal Abdullayev müddəti bitmiş 1498 ədəd Gürcüstanda istehsal olunmuş limonadı və Rusiya Federasiyasında istehsal olunmuş 84 ədəd biskviti satarkən saxlanılıb.
Binəqədi rayonu ərazisində C. Abdullayevə məxsus "Zolotoy" MMC-nin anbarına baxış zamanı 8858 ədəd müxtəlif çeşidli ərzaq məhsulları aşkar edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR