Bank Of Baku

Nardaranlılar Azərbaycanın millət vəkili barəsində ölüm fitvası veriblər - YENİLƏNİB FOTOSESSİYA

 Nardaranlılar Azərbaycanın millət vəkili barəsində ölüm fitvası veriblər - <font color=red>YENİLƏNİB FOTOSESSİYA</font>
# 09 yanvar 2009 11:54 (UTC +04:00)
APA-nın Nardaranda olan əməkdaşının məlumatına görə, aksiyada “Biz Qəzza ilə həmdərdik!”, “Amerika və İsrailə ölüm!”, “ABŞ dünya müsəlmanlarına qənim kəsilib!” şüarları səsləndirilib. Mitinqdə çıxış edən Nardaran sakini Hacı Əli Hüseynov Qəzzada baş verənləri “əsrin faciəsi” adlandırıb: “Demokratiyadan dəm duran Amerika cinayətkar İsrailə dəstək verir. Azərbaycanın hər yerində İsrailə nifrət var”.

Hacı Əli Hüseynov Azərbaycanın bəzi ziyalılarının xalqa yalan məlumatlar verdiklərini, bununla millətə xəyanət etdiklərini deyib: “Sabir Rüstəmxanlı kimi vicdansız ziyalılar millətə xəyanət edir, Azərbaycanın dərdini açıqlayan “Səhər” (İran kanalını nəzərdə tutulur -red.) kanalına böhtan atır. Sabir Rüstəmxanlının bu hərəkətlərinə görə onun barəsində Nardaran ağsaqqallarından biri tərəfindən ölüm fitvası çıxarılıb. Sabir Rüstəmxanlı, sən bundan sonra cangüdənlərinin sayını artır”.

Aksiyada çıxış edən Nardaran sakini Hacı Hikmət Məmmədov isə Azərbaycan hakimiyyətini Qəzzada baş verənlərə diqqət yönəltməyə çağırıb. Aksiya “Hüseyndir şüarımız, şəhadətdir iftixarımız!” şüarı ilə davam edir.

Millət vəkili Sabir Rüstəmxanlı isə APA-ya bildirib ki, İranın “Səhər” kanalı onun haqqında dəfələrlə hədyan dolu verilişlər və informasiyalar verib: “İran televiziyasında Azərbaycan vətəndaşı haqqında bu cür fikirlər səslənəndə bəs nardaranlılar hara baxırdı? Onlar həqiqətən azərbaycanlıdırlarsa, mənim ünvanıma səslənən böhtanlara cavab verməlidirlər, böhtançını müdafiə etməli yox...”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR