Bank Of Baku

İlhamə Quliyeva məhkəmə başa çatmamış oğlunun azad edilməsi barədə vəkilin vəsatətinin qanuna zidd olduğunu bildirib

İlhamə Quliyeva məhkəmə başa çatmamış oğlunun azad edilməsi barədə vəkilin vəsatətinin qanuna zidd olduğunu bildirib
# 09 yanvar 2009 12:17 (UTC +04:00)
Bakı. Hafiz Heydərov, Ülkər Qasımova –APA. “Orxanı dəmir barmaqlıqlar arasında görməyə dözə bilmədiyim üçün onun məhkəməsinə heç vaxt getməyəcəm”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın xalq artisti İlhamə Quliyeva deyib. Oğlunun sözügedən cinayət işində günahının olmadığını bir daha bildirən xalq artisti məhkəmə prosesinin gedişatı zamanı vəkil Seyfəddin Əliyev tərəfindən Orxan Nadirovun azad olunması barədə qaldırılan vəsatətin Azərbaycan qanunvericiliyinə zidd olduğunu bəyan edib: “Məhkəmə tam yekunlaşmamış bu qərarın təsdiq edilməsi ölkə qanunvericiliyinə görə yolverilməzdir. Hər halda mən belə büşünürəm ki, məhkəmə yekunlaşanda bu fikir öz təsdiqini tapacaq. Bu faktdır ki, cinayət işində təqsirləndirilən şəxslərin heç birisi oğlumu tanımır. Hətta Yalçın oğlumun azad edilməsi üçün aclıq keçirib”.

Məhkəmə prosesinə O. Nadirovun bütün yaxın qohumlarının qatıldığını vurğulayan xalq artisti özünün heç vaxt bu prosesdə iştirak etməyəcəyini bəyan edib: “Mən Orxanın heç bir məhkəmə prosesinə getməmişəm və getməyəcəm. Məndən başqa bütün qohum-əqrabalarımızın hamısı orda olur. Ürəyim heç götürmür və gözüm görə bilməz ki, oğlum dəmir barmaqlıqlar arasında oturub. Buna dözə bilmədiyim üçün heç bir məhkəmə prosesinə qatılmayacam”

Oğlu ilə gündəlik əlaqə saxladığını deyən İ. Quliyeva daim bu işlə maraqlandığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR