Bank Of Baku

Bakı-Naxçıvan təyyarəsinin sərnişinində narkotik maddə tapılıb

Bakı-Naxçıvan təyyarəsinin sərnişinində narkotik maddə tapılıb
# 09 yanvar 2009 12:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA. Bu gün “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AzAL) Aviasiya Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən Bakı-Naxçıvan reysi ilə uçan sərnişin saxlanılıb. AzAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərlinin “APA-Economics”ə verdiyi məlumata görə, Aviasiya Təhlükəsizliyi Xidmətinin əməkdaşları Bakı-Naxçıvan marşrutu üzrə uçan 253 saylı reysin sərnişini Məmmədov Şakir Qəhrəman oğlunun üzərindən 4 bükülü heroin maddəsi aşkar ediblər. Saxlanılan şəxs hava nəqliyyatında polis xidmətinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR