Bank Of Baku

Xalq artisti Yalçın Rzazadə ürəyindən əməliyyat olunacaq

Xalq artisti Yalçın Rzazadə ürəyindən əməliyyat olunacaq
# 09 yanvar 2009 13:17 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın xalq artisti Yalçın Rzazadə ürəyindən əməliyyat olunacaq. Yalçın Rzazadə APA-ya açıqlamasında bildirib ki, onun ürəyində şuntlama əməliyyatı aparılacaq. Xalq artistinin sözlərinə görə, bu əməliyyat Türkiyədə baş tutacaq: “Bu çox bahalı əməliyyatdır. Ancaq əməliyyatı etdirmək çox vacibdir. Çox güman ki, ən uzağı bir aya ürəyimdə əməliyyat aparılacaq. Əməliyyatdan çox qorxuram, bəlkə elə orada ürəyim dayanacaq? Axır vaxtlar ürəyimdəki problemlər daha da kəskinləşib”.
Y. Rzazadə deyib ki, həkimlər ürəyindəki problemlərin ancaq əməliyyatla aradan qalxacağını bildiriblər: “Bu günə kimi də həkimlərin nəzarətindəyəm. Onlar əməliyyatın yaxın vaxtlarda həyata keçirilməsinin vacibliyini bildirirlər. Sadəcə olaraq, hər şey maddi vəziyyətdən asılıdır. Həkimlər mənə əsəbiləşməyi qəti qadağan ediblər. Ürəyimdəki problemlərdən dolayı sükan arxasında belə oturmuram, ancaq taksi ilə gəzirəm”. Y. Rzazadə onu da vurğulayıb ki, sağlamlığındakı problem onun yaradıcılığına da mənfi təsir göstərib. Belə ki, xalq artisti ürəyindəki problemlərlə bağlı istədiyi musiqiləri də ifa etməyə çətinlik çəkir: “Çox sevinirəm ki, bu gün səsim əvvəlkindən də yaxşıdır. Daima oxumaq istəyirəm, oxuyanda yaşadığımı hiss edirəm. Sadəcə, bu problemə görə həkimlər çox ürəkdən oxumağa etiraz edirlər. Qorxuram ki, əməliyyat sonrası yaradıcılıqla məşğul olmağa icazə verilməsin. Axı mən musiqisiz yaşaya bilmərəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR