Bank Of Baku

Sabir Rüstəmxanlı: “Hüquq-mühafizə orqanları barəmdə ölüm fitvası çıxarılması barədə məlumatları araşdırmalıdır”

Sabir Rüstəmxanlı: “Hüquq-mühafizə orqanları barəmdə ölüm fitvası çıxarılması barədə məlumatları araşdırmalıdır”
# 09 yanvar 2009 13:18 (UTC +04:00)
Bakı. Hafiz Heydərov, Elbrus Seyfullayev - APA. “Hüquq-mühafizə orqanları bu gün Nardaranda keçirilən mitinq zamanı barəmdə ölüm fitvası çıxarılması barədə səslənən məlumatlarla bağlı araşdırma aparmalıdır. Hüquq-mühafizə orqanları təkcə bu məsələni deyil, ümumiyyətlə Nardaranda gedən prosesləri nəzarətdə saxlamalıdır. Mən özüm isə bununla əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etmək fikrində deyiləm”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Milli Məclisinin üzvü, xalq şairi Sabir Rüstəmxanlı deyib. Millət vəkili Nardaranda çoxlu dostunun yaşadığını, bu kəndin ağsaqqallarına hörmət bəslədiyini, bir nəfərin onun barəsində səsləndirdiyi fikri bütün kəndin adına yazmağın düzgün olmadığını da qeyd edib.

Respublika Prokurorluğundan APA-ya məsələdən xəbərdar olduqlarını, bununla bağlı yaxın günlərdə açıqlama veriləcəyini bildiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə APA-ya bildirilib ki, faktın araşdırılması üçün S. Rüstəmxanlı rəsmi şəkildə hüquq-mühafizə orqanlarına müraciət etməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR