Bank Of Baku

MTRŞ binası qarşısında aksiya keçirməyə cəhd göstərən müsavatçı gənclər polis tərəfindən saxlanılıb

MTRŞ binası qarşısında aksiya keçirməyə cəhd göstərən müsavatçı gənclər polis tərəfindən saxlanılıb
# 09 yanvar 2009 13:30 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Bu gün Müsavat Partiyası Gənclər Təşkilatının bir qrup fəalı polis tərəfindən saxlanılıb. Müsavat Partiyasından APA-ya daxil olan məlumata görə, həbs edilənlərin arasında Tural Abbaslı, Əhəd Məmmədli, Ağası Şakiroğlu, Emil Əliyev və Ramil Baxış da var: “Müsavatçı gənclər xarici radiostansiyaların Azərbaycanda yayımının dayandırılmasına etiraz əlaməti olaraq Milli Televiziya Şurasının binası qarşısında etiraz piketi keçirmək niyyətində olublar. Amma aksiya hələ başlamamış onlar polis tərəfindən həbs olunublar”. Təşkilatdan müsavatçı gənclərin Səbayel rayon Polis İdarəsinin 39 saylı Polis Bölməsində saxlanıldığı bildirilib. Səbayel rayon Polis İdarəsinin 39 saylı Polis Bölməsindən APA-ya bildirilib ki, saxlanılan şəxslər qanunsuz piket keçirməyə cəhd göstəriblər. Onlar xəbərdarlıq edildikdən sonra sərbəst buraxılacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR