Bank Of Baku

Keçmiş polis zabitinin məhkəməsində şahid ifadələri dinlənilib

Keçmiş polis zabitinin məhkəməsində şahid ifadələri dinlənilib
# 09 yanvar 2009 14:06 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçmiş polis zabiti Adilşah Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə şahid ifadələri dinlənilib. Bundan başqa, cinayət hadisəsinin müəyyən epizodları ilə bağlı təqsirləndirilən şəxsin də ifadəsi alınıb. Proses yanvarın 14-də davam etdiriləcək.

Qeyd edək ki, Qubanın Digah kənd sakini, təqaüddə olan polis zabiti Adilşah Hacıyev 2008-ci ilin iyunun 12-də münaqişə zamanı həyat yoldaşını və qayınanasını ov tüfəngi ilə qətlə yetirib. İttihama görə, isə A. Paşayevin həyat yoldaşı Mətanət Hacıyeva ərindən öz qohumuna vermək üçün müəyyən məbləğdə pul tələb edib. Onların arasında yaranan münaqişə zamanı Mətanətin anası Raziyyə Hacıyeva müdaxilə edib və A. Hacıyevi təhqir edib. A. Hacıyev Cinayət Məcəlləsinin 120.2. 4-cü (xüsusi amansızlıqla və təhlükəli üsulla adam öldürmə) və 120.2.7-ci (iki və daha çox şəxsi öldürmə) maddələri ilə təqsirləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR