Bank Of Baku

Lənkəranda yol qəzasında 3 nəfər xəsarət alıb

Lənkəranda yol qəzasında 3 nəfər xəsarət alıb
# 09 yanvar 2009 14:21 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lənkəran şəhər Polis Şöbəsinin müstəntiqi Famil Həsənovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev və Mir Mustafa Xan küçələrinin kəsişməsində qeydə alınıb. Lənkəran şəhər sakini Zamin Yusif oğlu Abdullayevin idarə etdiyi “VAZ-2103” markalı, 42 BD 169 dövlət nömrə nişanlı avtomobil digər Lənkəran sakini Adil Məhəbbət oğlu Əliyevin idarə etdiyi “VAZ-2106” markalı, 42 BJ 384 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə “VAZ-2103” markalı avtomaşın yolun kənarında dayanmış piyadalar, Lənkəran şəhər sakinləri Anar Elşad oğlu Rəhimova, Seymur Ağakərim oğlu Şammədliyə və Seymur Qulam oğlu Muradlıya çırpılaraq onlara müxtəlif bədən xəsarətləri yetirib. Lənkəran Mərkəzi Rayon Xəstəxanasında yaralılara müvafiq tibbi yardım göstərilib, onların vəziyyəti qənaətbəxşdir. Qəzanın səbəbkarı olduğu bildirilən “VAZ-2106” markalı avtomobilin sürücüsü A. Əliyev hadisə yerindən qaçsa da, polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Lənkəran şəhər Polis Şöbəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR