Bank Of Baku

Vətənə xəyanətdə ittiham olunan Azərbaycan Ordusunun əsgərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib

Vətənə xəyanətdə ittiham olunan Azərbaycan Ordusunun əsgərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib
# 09 yanvar 2009 14:26 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə vətənə xəyanətdə ittiham olunan Azərbaycan Ordusunun hərbiçisinin cinayət işi üzrə hazırlıq iclası keçirilib. APA-nın məlumatına görə, hakim Nazim Müslimovun sədrliyi ilə qapalı keçirilən iclasda məhkəmə baxışının vaxtı təyin olunub və digər proseduralar müəyyənləşdirilib.
Məhkəmə prosesinin yanvarın 15-də keçirilməsi qərara alınıb.
Qeyd edək ki, təqsirləndirilən əsgər Emin Quliyev 1993-cü il martından həmin ilin noyabrına qədər Ermənistanda əsirlikdə olub. İttihama əsasən, həmin müddət ərzində E. Quliyev əsir və girovluqda olan digər azərbaycanlılara qarşı pis münasibət göstərib. Əsir azərbaycanlılarla bağlı məlumatları erməni hərbiçilərinə çatdırıb və Ermənistan televiziyasında bu ölkəni təqdir edən çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR