Bank Of Baku

Nardaranlı qadınlar Qəzzada İsrailə qarşı döyüşmək istədiklərini bəyan ediblər

Nardaranlı qadınlar Qəzzada İsrailə qarşı döyüşmək istədiklərini bəyan ediblər
# 09 yanvar 2009 14:27 (UTC +04:00)
APA-nın məlumatına görə, kənd sakini Məşədi Mehman Məmmədov deyib ki, parlamentin bəzi deputatları, əsasən də Qənirə Paşayeva, Zahid Oruc və Aydın Mirzəzadə İsrailin maraqlarına xidmət edirlər: “Azərbaycanın bəzi ziyalıları və deputatlar İsrailə satılıblar. Onlar beynəlxalq sionizmə xidmət edirlər”. M. Məmmədov ölkədə Aşura mərasimlərinin yasaq edilməsinə yönələn addımları da pisləyib: “Lənət olsun dini komitənin sədri Hidayət Orucova ki, Aşura mərasimində zəruri olan ayinləri icra eləməmək üçün müxtəlif vasitələrə əl atır. Aşurada zəncir vurmağı heç kim yasaq edə bilməz”.

Azərbaycan Ordusunda baş verən neqativ hallara da toxunan M. Məmmədov bildirib ki, əgər silahlı qüvvələrdə müəmmalı ölüm halları və digər problemlər aradan qalxmasa, Nardaran sakinləri orduda xidmətdən imtina edəcəklər.

Mitinqdə çıxış edən bir qrup qadın isə Fələstinə gedib, İsrailə qarşı hərbi əməliyyatlarda iştirak etmək niyyətində olduqlarını açıqlayıblar.

Qeyd edək ki, mitinqdə “İsrail, ABŞ işğalçı və terrorçudur!”, “ABŞ-a və İsrailə ölüm!”, “Amerika sionizminə ölüm!”, “1 nömrəli terrorçu Corc Buşdur!”, “Qüds bizimdir”, “Biz Qəzza ilə həmdərdik!” və digər şüarlar səsləndirilib. Aksiyada ABŞ prezidenti Corc Buşun, İsrailin baş naziri Ehud Olmertin müqəvvası, o cümlədən də ABŞ və İsrailin dövlət bayraqları yandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR