Bank Of Baku

Ədliyyə Nazirliyi yanında Penitensiar sistemə nəzarət İctimai Komitənin yeni tərkibinin ilk iclası keçirilib

Ədliyyə Nazirliyi yanında Penitensiar sistemə nəzarət İctimai Komitənin yeni tərkibinin ilk iclası keçirilib
# 09 yanvar 2009 16:27 (UTC +04:00)
Bakı-APA. Ədliyyə Nazirliyi yanında Penitensiar sistemə nəzarət İctimai Komitənin yeni tərkibinin ilk iclası keçirilib. İctimai Komitənin üzvü, hüquq müdafiəçisi Sahib Məmmədov APA-ya açıqlamasında bildirib ki, iclasda komitənin 11 nəfərdən ibarət yeni tərkibi (Zəlihə Tahirova, Çingiz Qənizadə, Əliməmməd Nuriyev, Sahib Məmmədov, Elmari Məmişov, Elçin Behbudov, Elmira Ələkbərova, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Kamil Səlimov, İradə Cavadova) elan olunub. Daha sonra İctimai Komitənin koordinatoru seçilib. Bununla bağlı Elmira Ələkbərova, Zəlihə Tahirova və Sahib Məmmədovun namizədliyi irəli sürülüb. Qurumun ötən tərkibdə koordinatoru olan Sahib Məmmədov yenidən səs çoxluğu ilə bu vəzifəyə seçilib. Toplantıda İctimai Komitənin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.
Daha sonra qurum üzvləri ədliyyə naziri Fikrət Məmmədovla görüşüblər. S. Məmmədovun sözlərinə görə, nazir onlara fəaliyyətlərinə görə təşəkkürünü bildirib, onlara qurum üzvü vəsiqələrini təqdim edib, qarşıda duran müddət üçün tapşırıqlar verib.
Qurum üzvlərindən Əliməmməd Nuriyev nazirlə görüşdə cəzaçəkmə müəssisələrinə ictimai nəzarətin həyata keçirilməsi ilə bağlı beynəlxalq konfransın keçirilməsi, Səadət Bənənyarlı isə Naxçıvanda bir qədər əvvəl istifadəyə verilən cəzaçəkmə müəssisəndə monitorinq keçirilməsi təşəbbüsü ilə çıxış edib. S. Məmmədov deyib ki, F. Məmmədov hər iki təşəbbüslə razılaşdığını deyib.
Qeyd edək ki, Ədliyyə Nazirliyi yanında Penitensiar sistemə nəzarət İctimai Komitəsi 2006-cı ildə yaradılıb. Qəbul edilən qaydaya əsasən, komitənin tərkibi bir il müddətinə seçilir. Bu, komitənin üçüncü tərkibidir. Əvvəlki tərkibin səlahiyyət müddəti sentyabr ayında başa çatıb. Qurumun ilk tərkibinin 9, ikinci tərkibin 10 üzvü olub. Bu dəfə isə komitə üzvlərinin sayı nəzərdə tutulan həddə - 11 nəfərə çatıb. Bu tərkibin səlahiyyət müddəti noyabrın 11-də başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR