Bank Of Baku

Azərbaycanın Şirvan şəhərinin ən böyük restoranı yanıb - FOTOSESSİYA

Azərbaycanın Şirvan şəhərinin ən böyük restoranı yanıb - <font color=red>FOTOSESSİYA</font>
# 10 yanvar 2009 07:19 (UTC +04:00)
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, saat 23.20 radələrində şəhərin mərkəzində, Şəhər İcra Hakimiyyətinin inzibatı binasından 250 metr aralıda yerləşən “Planet” adlı restoran-kafedə yanğın baş verib. Hadisə nəticəsində restoranın 230 kv/m-dən çox sahəsi yanıb. Fövqəladə Hallar Nazirliyinin Şirvan Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) əməkdaşlarının hadisə yerinə vaxtında gəlməsi, yanğının restorana bitişik çoxsaylı ticarət obyektlərinə keçməsinin qarşısını alıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Ətraf binalarda yaşayan sakinlərin bildirdiyinə görə, yanğın tez bir zamanda restoranın bütün ərazisini bürüyüb. Ehtimal olunur ki, hadisə qaz sızmasından baş verib. DYMX-nin tədqiqatçıları isə bildiriblər ki, yanğının baş vermə səbəbləri daxili tədqiqat aparıldıqdan sonra müəyyənləşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR