Bank Of Baku

Balakəndə ev yanıb

Balakəndə ev yanıb
# 10 yanvar 2009 07:41 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov - APA. Yanvarın 9-da gecə saatlarında Balakən rayonunun Şərif kəndində yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin Balakən rayon Dövlət Yanğından Mühafizə Xidmətindən (DYMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğın Şərif kənd sakini Çikarov Samir Məhəmməd oğluna məxsus birmərtəbəli evdə baş verib.

DYMX-ə hadisə barədə gec xəbər verildiyindən ev içindəki əşyalarla birlikdə tamam yanıb. Yanğınsöndürənlər yanğının qonşu evlərə keçməsinin qarşısı alıblar.

Hazırda yanğının səbəbləri araşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR