Bank Of Baku

Güclü qasırğa Azərbaycanın Zaqatala rayonunu işıqsız qoyub

Güclü qasırğa Azərbaycanın Zaqatala rayonunu işıqsız qoyub
# 10 yanvar 2009 07:57 (UTC +04:00)
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, güclü külək elektrik xətlərini qırdığından rayon ərazisinin 70%-nin elektrik enerjisi ilə təchizatında problem yaranıb. Zaqatala rayon İcra Hakimiyyəti başçısının Zaqatala şəhəri üzrə nümayəndəsi Habil Qurbanovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, qasırğa nəticəsində şəhərin Nizami küçəsi, H. Əliyev və Azərbaycan prospektlərində ağaclar qırılıb.

Küçələrin qırılmış ağaclardan təmizlənməsi və enerji təchizatının bərpa olunması məqsədi ilə gecə saatlarından tədbirlər görülməsinə başlanılıb.

Zaqatala Paylayıcı Elektrik Şəbəkəsindən isə APA-ya bildirilib ki, hazırda şəbəkənin təmir-bərpa briqadaları yerlərdə sıradan çıxmış elektrik verilişi xətlərinin bərpası ilə məşğuldurlar: “Bu gün günün sonuna qədər problemi aradan qaldırmağa çalışırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR