Bank Of Baku

Azərbaycan paytaxtında ölümlə nəticələnən yol qəzası baş verib

Azərbaycan paytaxtında ölümlə nəticələnən yol qəzası baş verib
# 10 yanvar 2009 08:01 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Yanvarın 10-da saat 01.30 radələrində Bakı – Pirallahı yolunun Xaşa-Xuna bağ massivində yol-nəqliyyat hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1983-cü il təvəllüdlü Balabəyov Ramil Afiz oğlu idarə etdiyi “VAZ-2107” markalı 10 ZV 427 dövlət nömrə nişanlı avtomobili aşırıb. Hadisə nəticəsində R. Balabəyov hadisə yerindəcə dünyasını dəyişib.

Avtomobildə olan sərnişinlər - 1986-cı il təvəllüdlü Tanrıverdiyeva Dilarə Məhiyəddin qızı və 1983-cü il təvəllüdlü Qarayev Rafiq Ramil oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR