Bank Of Baku

Güclü külək Azərbaycanın qərb rayonlarında ciddi problemlər yaradıb

Güclü külək Azərbaycanın qərb rayonlarında ciddi problemlər yaradıb
# 10 yanvar 2009 10:02 (UTC +04:00)
Dam örtüyü həyətdəki “VAZ-2107” markalı avtomobilin üzərinə düşərək, maşının yük yerini zədələyib. Eyni zamanda Azərbaycan Texnologiya Universitetinin məcburi köçkünlər məskunlaşmış yataqxanasının da dam örtüyünü yararsız hala düşüb. Güclü külək küçələrdə ağacların budaqlarını, beş yerdə elektrik xəttini qırıb. Şəhərin 6 müxtəlif ərazisinə yanvarın 10-u saat 03.00-dək elektrik enerjisinin verilişində fasilə yaranıb.

Qasırğa Şəmkir rayonun 7 kəndini də işıqsız qoyub. Bir neçə elektrik dirəyi aşıb, xətlər sıradan çıxıb. Şəmkir Paylayıcı Elektrik Şəbəkəsindən verilən məlumata görə, fəsadlar qismən də olsa, aradan qaldırılıb, bəzi yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi artıq bərpa olunub.

Göygöl rayonunun Köşkü kəndində isə ağacın qırılaraq transformatorun üzərinə düşməsi kəndə elektrik enerjisinin verilişində fasilə yaradıb. Bundan başqa, Üçtəpə və Hacıməlik qəsəbələrində də elektrik xətləri sıradan çıxıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR