Bank Of Baku

Şəmkir sakini öz avtomobilində dəm qazından ölüb

Şəmkir sakini öz avtomobilində dəm qazından ölüb
# 10 yanvar 2009 19:53 (UTC +04:00)
Şəmkir. Nəzakət Məşədiəliqızı - APA. Şəmkir sakini avtomobildə dəm qazından boğularaq ölüb. Şəmkir rayon Polis Şöbəsinin rəis müavini İmaməddin Namazovun APA- nın qərb bürosuna verdiyi məlumata görə, Şəmkir rayonu İrmaşlı kənd sakini, 1961-ci il təvəllüdlü İlham Səməd oğlu Məmmədov ötən gün gecə özünə məxsus “VAZ-2108” markalı avtomobildə keçinib.

Kür qəsəbə xəstəxanasında həkim işləyən İlham Məmmədov sərxoş halda avtomobilində yataraq, sobanın dəm qazından boğulub.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR