Bank Of Baku

Bərdənin Boyəhmədli kəndi çaqqalların hücumuna məruz qalıb

Bərdənin Boyəhmədli kəndi çaqqalların hücumuna məruz qalıb
# 10 yanvar 2009 20:48 (UTC +04:00)
Bərdə. Teymur Zahidoğlu - APA. Bərdənin Boyəhmədli kəndi çaqqal sürüsünün hücumuna məruz qalıb. Sakinlərin APA-nın Qarabağ bürosuna bildirdiklərinə görə, havalar kəskin soyuduqdan sonra kənd ərazisində tez-tez görünməyə başlayan çaqqallar nəinki mal-qaraya, toyuq-cücəyə, hətta insanlara da hücum etməkdən çəkinmir. Daha çox təhlükəyə məruz qalanlar isə örüşdə mal-qara, qoyun-quzu otaran uşaqlardır. Kənd sakini Mənsur Muradov axşam saatlarında bayırda qalmağın həddindən artıq riskli olduğunu deyir. O özü də çaqqalların hücumuna məruz qaldığını bildirib. Əvvəlcə qoyun sürüsünə basqın edən yırtıcılar daha sonra ona hücum edib. Özünü itirməyən M. Muradov həm özünü, həm də qoyunları yırtıcılardan qoruya bilib.

Kəndin digər sakini Ramin Ziyadovun sözlərinə görə, yanvar ayının 1-dən hər gün analoji hadisə baş verir, çaqqallar həyətyanı sahələrə soxulur, camaatın toyuq-cücəsini tələf edir. Kənddə bir neçə dəfə canavarlara da rast gəlinib. Bu isə sakinlərin ciddi narahatlığına səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR