Bank Of Baku

Salyanda baş verən yol qəzasında bir nəfər ölüb, iki nəfər yaralanıb

Salyanda baş verən yol qəzasında bir nəfər ölüb, iki nəfər yaralanıb
# 11 yanvar 2009 14:19 (UTC +04:00)
Salyan rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, bu gecə səhərə yaxın Ələt-Astara yolunun 28-ci kilometrində Masallı rayon sakini Mehdiyev Vasif Zöhrab oğlunun idarə etdiyi “VAZ 2106” markalı 10-SV-184 dövlət nömrə nişanlı avtomobillə Lənkəran rayon sakini, Bədəliyev Əziz Xudaverdi oğlunun idarə etdiyi “KAMAZ” markalı 52-AC-722 dövlət nömrə nişanlı avtomaşınla toqquşub.

Nəticədə “VAZ 2106” markalı avtomobildə olan 1993-cü il təvəllüdlü Mehdiyev Ruslan Vasif oğlu hadisə yerindəcə dünyasını dəyişib, sürücü və onun həyat yoldaşı isə Salyan rayon xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Salyan rayon Polis Şöbəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR