Bank Of Baku

Sumqayıtlı qadına hücum edən Salyan sakini həbs olunub

Sumqayıtlı qadına hücum edən Salyan sakini həbs olunub
# 11 yanvar 2009 14:25 (UTC +04:00)
Salyan. Əlibəy Zeynallı-APA. Sumqayıt şəhərindən olan bir qadın Salyan rayonu ərazisində sərxoş şəxslərin hücumuna məruz qalıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna Salyan rayon polis şöbəsinin müstəntiqi Murad Quliyev məlumat verib. Müstəntiqin sözlərinə görə yanvarın 10-da saat 19.00 radələrində Sumqayıt şəhər sakini, 1967-ci il təvəllüdlü Q. S. A. qızı (ad və soyadı bilərəkdən qeyd etmirik-red) məcburi əmək cəzası çəkən qardaşına baş çəkmək məqsədi ilə Salyan rayonu ərazisində, yol kənarında avtomobil gözləyərkən bir neçə şəxsin hücumuna məruz qalıb. Belə ki, Salyan rayon sakini Ə. Quliyev küçəsi 5/45 ünvanında yaşayan Qədirov Şahin Əlihəsən oğlu S. Qurbanzadəni zorla öz avtomobilinə əyləşdirmək istəyib. Qadın buna müqavimət göstərən zaman hücum edən şəxs ona iki yumruq zərbəsi endirib. Hazırda istintaq maşında olan digər şəxslərin dəq adına fiziki təzyiq göstərib-göstərmədiklərini araşdırır.

Qadının Salyan polisinə müraciəti əsasında Şahin Qədirov artıq həbs edilib.

Faktla bağlı Salyan rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR