Bank Of Baku

Azərbaycanın Abşeron rayonunda kişi meyitinin tapılması ilə bağlı iki nəfər tutulub

Azərbaycanın Abşeron rayonunda kişi meyitinin tapılması ilə bağlı iki nəfər tutulub
# 12 yanvar 2009 07:07 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın Abşeron rayonunda ötən il dekabrın 12-dən itkin düşmüş kimi axtarışda olan Himayət Məmmədovun meyitinin tapılması faktı ilə bağlı iki şəxs həbs edilib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Himayət Məmmədovun üzərində zorakılıq əlamətləri görünməyən meyitinin Abşeron rayonundakı Quşçuluq yaşayış sahəsində tapılması faktı ilə əlaqədar Abşeron rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb Abşeron rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində H. Məmmədovu qətlə yetirən Siyəzən rayon sakinləri Əziz Həsənov və Cəfər Fəthi müəyyən edilərək tutulublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR