Bank Of Baku

İran vətəndaşı yol qəzasında ölüb

İran vətəndaşı yol qəzasında ölüb
# 12 yanvar 2009 07:33 (UTC +04:00)
Astara. Ağəddin Babayev – APA Ələt – Astara avtomobil yolunun 226-cı kilometrliyində - Astara rayonunun Maşxan kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Astara rayon Prokurorluğundan APA-nın cənub bürosuna verilən məlumata görə, İran İslam Respublikasının Təbriz şəhər sakini, 1955-ci il təvəllüdlü Eskəndər Zülfəli oğlu İmaminin idarə etdiyi “MAX” markalı ağır tonnajlı yük maşını döngəni keçərkən yolun kənarına aşıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib. İlkin versiya kimi onun vahimədən infarkt keçirdiyi bildirilib.
Faktla bağlı Astara rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR