Bank Of Baku

Bakıda baş verən yanğında bir ailənin üç uşağı tüstüdən zəhərlənib

Bakıda baş verən yanğında bir ailənin üç uşağı tüstüdən zəhərlənib
# 12 yanvar 2009 08:02 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Bakıda yaşayış evində baş verən yanğında bir ailənin üç azyaşlı üzvü tüstüdən zəhərlənib. Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanğın hadisəsi rayonun Hövsan qəsəbəsində yerləşən 17 saylı binanın 41 saylı mənzilində baş verib. Yanğına gecə saatlarında evdə şamın yanılı qalması səbəb olub. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğının qarşısını ala bilib. Yanğın nəticəsində ev sahibi Elman Qasımovun üç azyaşlı övladı – 1995-ci il təvəllüdlü Asiman, 1998-ci il təvəllüdlü Bəhram və 2001-ci il təvəllüdlü Firuddin Qasımov qardaşları tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR