Bank Of Baku

Cəlilabad sakini 11 il sonra anasını tapıb

Cəlilabad sakini 11 il sonra anasını tapıb
# 12 yanvar 2009 08:21 (UTC +04:00)
Krasnoyarsk-APA. 1998-ci ildə atası tərəfindən Krasnoyarskdan qaçırılaraq Azərbaycana gətirilən Aygün adlı Cəlilabad sakini 11 sonra anasını tapıb. APA-nın “Komsomolskaya pravda”ya istinadən yaydığı məlumata görə, İrkutsk yaxınlığındakı Tayşet şəhərində sürücü işləyən 50 yaşlı Yadulla adlı Azərbaycan vətəndaşı Tatyana adlı qadınla evlənib. Tatyananın əvvəlki nikahdan bir uşağı olub. Yadulla və Tatyananın nikahından bir qız dünyaya gəlib, Aygün adlı qız altı yaşına çatdıqdan sonra valideynləri boşanıb. Qızını görmək adı ilə evinə qayıdan Yadulla sabiq həyat yoldaşından Aygünü gəzintiyə çıxarmağa icazə verməsini xahiş edib. Qızı gəzninti adı ilə özü ilə aparan Yadulla bir daha geri qayıtmayıb. Tatyana qızının oğurlandığı barədə hüquq-mühafizə orqanlarına məlumat versə də, milis Yadullanın atalıq hüququndan məhrum edilmədiyini bildirərək, qadına problemi sabiq əri ilə öz aralarında həll etməyi məsləhət görüb. Lakin Tatyana və qohumlarının axtarışları bir nəticə verməyib. 11 il sonra Tatyananın evinə teleqram gəlib: “Əgər mənim haqqımda məlumat almaq istəyirsinizsə, bu nömrəyə zəng vurun. Aygün”. Qızın dayısı qeyd olunan nömrəyə zəng vurub və Aygünün Azərbaycanın Cəlilabad rayonunda yaşadığını öyrənib. Daha sonra Azərbaycana gələn dayısı Aygünlə görüşüb. Bununla da Aygün 11 sonra Rusiyada yaşayan qohumlarını tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR