Bank Of Baku

Bakı sakini bıçaqlanaraq qarət edilib

Bakı sakini bıçaqlanaraq qarət edilib
# 12 yanvar 2009 08:28 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Bakı sakini bıçaqlanaraq qarət edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, ötən gün saat 03.00 radələrində 1965-ci il təvəllüdlü Məmmədov Kamran Elxas oğlu bıçaq yarası ilə Kliniki Tibbi Mərkəzə daxil olub. Faktla bağlı Nəsimi rayon Polis İdarəsinə məlumat daxil olan kimi 22-ci Polis Bölməsi tərəfindən əməliyyat qrupu yaradılıb. Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində K. Məmmədovu bıçaqlayan, 1983-cü il təvəllüdlü Əşrəfov Azər Spartak oğlu yaxalanıb. Onun üzərinə baxış keçirilərkən cibindən K. Məmmədova məxsus qol saatı, içərisində 1 manat 50 qəpik olan pul kisəsi aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR