Bank Of Baku

Bakıda taksi sürücü bıçaqlanaraq qarət edilib

Bakıda taksi sürücü bıçaqlanaraq qarət edilib
# 12 yanvar 2009 08:40 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Azərbaycan paytaxtında taksi sürücü başından bıçaqlanaraq qarət edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Qaradağ rayonunun Qızıl Daş qəsəbəsində baş verib. 2 nəfər naməlum şəxs 1959-cu il təvəllüdlü Məmmədov Məzahir Rəhim oğlunun idarə etdiyi “Daewoo” markalı, 10 DM 856 dövlət nömrə nişanlı avtomobilə sərnişin qismində minərək sürücüdən onları Qızıl-Daş qəsəbəsinə aparmağı xahiş edib. Sürücü yolda maşının nasazlığı ilə əlaqədar sifariş olunan ünvana getməkdən imtina edib. Həmin vaxt naməlum şəxslər sürücüyə bıçaqla başından xəsarət yetirərək 30 manat pulunu və mobil telefonunu alaraq hadisə yerindən qaçıblar. Qaradağ rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən 1987-ci il təvəllüdlü Kamil Qüdrət oğlu Kamilov həbs edilib. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR