Bank Of Baku

Bakı sakinindən narkotik vasitə və silah götürülüb

Bakı sakinindən narkotik vasitə və silah götürülüb
# 12 yanvar 2009 08:47 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Bakı sakinindən narkotik vasitə və silah götürülüb. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Əzizbəyov rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsi saxlayıb. Saxlanılan şəxs, 1977-ci il təvəllüdlü Ceyhun Sabir oğlu Babayevin üzərindən 0,533 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Polis əməkdaşları onun Z. Tağıyev küçəsində yerləşən mənzilində axtarış aparan zaman oradan 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəngi patronu ilə birgə aşkar ediblər. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR