Bank Of Baku

Bakıda baş verən yol qəzasında 7 yaşlı uşaq ölüb, 2 nəfər yaralanıb

Bakıda baş verən yol qəzasında 7 yaşlı uşaq ölüb, 2 nəfər yaralanıb
# 12 yanvar 2009 08:59 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Azərbaycan paytaxtında baş verən yol-qəzasında 7 yaşlı qız ölüb, iki nəfər isə ağır yaralanıb. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı-Astara yolunun 67-ci kilometrliyində baş verib. Masallı rayon sakini, 1979-cu il təvəllüdlü Dəyanova Nahidə Yusif qızının yüksək sürətlə idarə etdiyi “BMW” markalı 90 CV 746 dövlət nömrə nişanlı maşın aşıb. Qəza nəticəsində sürücün qızı, 2001-ci il təvəllüdlü Zəhra hadisə yerində dünyasını dəyişib. Sürücünün özü və maşında olan digər sərnişin, 1972-ci il təvəllüdlü Cəlilova Leyla Etibar qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR