Bank Of Baku

Nardaranlıların Sabir Rüstəmxanlı barəsində ölüm fitvası çıxarmaları ilə bağlı cinayət işi başlanıb

Nardaranlıların Sabir Rüstəmxanlı barəsində ölüm fitvası çıxarmaları ilə bağlı cinayət işi başlanıb
# 12 yanvar 2009 10:58 (UTC +04:00)
Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, bununla bağlı Sabunçu rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) cinayət işi başlanıb. Araşdırmalar aparılır.
Qeyd edək ki, yanvarın 9-da Nardaran qəsəbəsindəki “İmam Hüseyn” meydanında İsrailin Fələstində həyata keçirdiyi hərbi əməliyyatlara etiraz əlaməti olaraq keçirilən aksiyada kənd sakini Hacı Əli Hüseynov Nardaran ağsaqqallarından birinin millət vəkili Sabir Rüstəmxanlının barəsində ölüm fitvası verdiyini bildirib. O bunu Sabir Rüstəmxanlının İranın “Səhər” kanalına qarşı səsləndirdiyi fikirlərlə əlaqələndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR