Bank Of Baku

Yevlax sakininin evi yanıb

Yevlax sakininin evi yanıb
# 12 yanvar 2009 11:02 (UTC +04:00)
Bakı-APA. Bu gün saat 01.00 radələrində Yevlax rayonu İ. Qəmbərov küçəsində yaşayan Rəşid Babayevə məxsus 1 mərtəbəli 4 otaqlı evdə yanğın baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə bütövlükdə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. R. Babayev izahatında evinin Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 13 saylı Cəzaçəkmə Müəssisəsində qeydiyyatda olan Ağdam rayon sakini, oğlu Zaur tərəfindən qəsdən yandırıldığını bildirib. Araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR