Bank Of Baku

Abşeron sakinini qətlə yetirən keçmiş əri tutulub

Abşeron sakinini qətlə yetirən keçmiş əri tutulub
# 12 yanvar 2009 11:05 (UTC +04:00)
Bakı-APA. Dünən saat 09.00 radələrində Abşeron rayonunun Məhəmmədi kəndində boğaz nahiyəsində kəsilmiş-deşilmiş xəsarətləri olan 45-50 yaşlı qadın meyiti tapılıb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Abşeron rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin qadının kənd sakini Rahilə Haqverdiyeva olması və onun keçmiş əri, həmkəndlisi Aydın Bəylərov tərəfindən bıçaqla qətlə yetirilməsi müəyyən edilib. Görülmüş tədbirlər nəticəsində A. Bəylərov DİN Çevik Polis Alayı əməkdaşları tərəfindən tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR